“Mançester Siti” liderliyə yüksəldi

Bu gün İngiltərə Premyer Liqasında XXXIV turdan təxirə salınmış oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, çempionluq mübarizəsi aparan “Mançester Siti” Londonda “Tottenhem”in qonağı olub. Matç “şəhərlilər”in qələbəsiylə başa çatıb – 2:0.

Oyunda qolları Erlinq Haaland vurub.

“Mançester Siti” çempionatda 88 xalla liderdir. İkinci “Arsenal”ın aktivində isə 86 xal var.