“Mançester Siti” Kevinə əvəzləyici tapdı

“Mançester Siti” “Bavariya”nın futbolçusu Camal Musiala ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” yarımmüdafiəçi Kevin de Bruynenin klubu tərk edəcəyi halda, əvəzinə Musialanı transfer etməyə çalışacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Kevinin adı Səudiyyə Ərəbistanı klubları ilə hallanır. Oyunçunun klubu tərk etmək ehtimalı yüksək qiymətləndirilir.

Musialanın isə “Bavariya” ilə müqaviləsi 2026-cı ilin yayına kimidir. Alman yarımmüdafiəçi özü də İngiltərədə oynamağa müsbət yanaşır.