“Mançester Siti”nin sabiq futbolçusu Serxio Aquero Klublararası dünya çempionatının favoritini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, o, keçmiş klubunun əsas iddiaçı olduğunu deyib:
“Mançester Siti” hər zaman favoritdir. Çünki bu onların mentalitetində var. “Mançester Siti” olduğu yerdə qalmalıdır, Qvardiola onları vəziyyətdən çıxaracaq”.
“Mançester Siti” Klublararası dünya çempionatında G qrupunda “Vidad”, “Əl Əyn” və “Yuventus”la qarşılaşacaq. oyunlar Amerika Birləşmiş Ştatlarının 11-in şəhərində oynanılacaq. 2025-ci iyunun 15-də start götürəcək çempionata iyulun 13-də yekun vurulacaq.