“Mançester Siti” Fransa klubundan oyunçu aldı

“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” ötən mövsümü icarə əsasında “Jirona”da keçirən Savionu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb.

Savio müqavilə ilə “Trua”ya məxsdud idi. “Mançester Siti” braziliyalı futbolçu üçün 25 milyon avro ödəyəcək.