“Mançester Siti” komandadan ayrılacağı gözlənilən Kevin De Bruyneyə əvəzləyici tapıb.
Futbolpress.az xəbər verir ki, baş məşqçi Xosep Qvardiola belçikalının əvəzinə Xavi Simonsun transfer edilməsini istəyir. Bu barədə “El Nacional” nəşri məlumat yayıb.
“Leypsiq” niderlandlı futbolçusu üçün 100 milyon avro tələb edir. “Mançester Siti” mövsümün sonunda oyunçu üçün danışıqlara başlayacaq.
Simons bu mövsüm 18 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib. O, Niderland yığmasının da üzvüdür.