“Mançester Siti” “Barselona”nın müdafiəçisinə “elçi düşdü”

“Barselona”nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “FootballTransfers” məlumat yayıb.

Qeyd olunub ki, müdafiəçinin xidmətində “Mançester Siti” maraqlıdır.

Kundenin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

O, bu mövsüm 48 matçda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.