“Mançester Siti” azarkeşləri Madridə Rodri və “Qızıl top” bannerini aparıblar

“Mançester Siti” azarkeşləri “Real Madrid”lə cavab oyununa “Qızıl top” sahibi Rodrinin əks olunduğu pankart aparıblar.

Futbolpress.az xəbər verir ki, bu pankartda deyilir: “Sadəcə acı göz yaşlarınızı tökməyi dayandırın”. Madrid küçələrində bannerin fotosu “El Chiringuito TV”də nümayiş etdirilib. Bu pankartı komandaların ilk oyunu zamanı tribunalarda görmək olardı. Hədəf Vinisius Junior kimi görünürdü, lakin “Mançester Siti” azarkeşləri pankartın “Real”ın prezidenti Florentino Peresə yönəldiyini iddia edirdilər.

Xatırladaq ki, payızda Rodrinin ehtimal olunan qələbəsindən xəbər tutan Madrid klubu “Qızıl top” mərasimini boykot etmişdi.