Mançester klubunun radarına düşdü

“Real”ın yarımmüdafiəçisi Arda Güler İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Futbolpress.az xəbər verir ki, “Fichajes”in sözlərinə görə, “Mançester Yunayted” Ardanın transferi üçün 60 milyon avro təklif etmək istəyir.

Daha əvvəl 20 yaşlı Arda Gülerin “Arsenal” və “Liverpul”un radarında olması ilə bağlı xəbərlər yayılmışdı.

“Transfermarkt” portalının ekspertləri futbolçunu 45 milyon avro qiymətləndirib.