“Malmö” ilə oyuna doğru: üstünlük “Qarabağ”dadır

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveçin “Malmö” komandasını qəbul edəcək. Oktyabrın 3-də keçiriləcək görüşə saat 20:45-də start veriləcək.

“FutbolPress”in məlumatına görə, “Qarabağ” avrokuboklarda 7-ci dəfə İsveç komandası ilə qarşılaşacaq. “Atlılar” buna qədər iki dəfə “Gefle”, iki dəfə “Göteborq”, iki dəfə də “Hekken”lə üz-üzə gəlib. Azərbaycan təmsilçisi ötən mövsüm Avropa Liqasının qrup mərhələsində hər iki oyunda “Hekken”ə qalib gəlib – 2:1, 1:0.

Ümumiyyətlə, “Qarabağ” ilə İsveç komandalarının duelində üstünlük “atlılar”dadır. Azərbaycan təmsilçisi hələ bu ölkə komandalarına uduzmayıb.

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin I turunda İngiltərədə “Tottenhem”lə qarşılaşıb və 0:3 hesabıyla uduzub. “Malmö” isə azarkeşləri önündə Şotlandiya “Reyncers”i ilə bacarmayıb – 0:2.

Kamil Əhməd