Maldini “Milan”ı bu kluba dəyişdi

“Milan”ın futbolçusu Daniel Maldini klubu tərk edib.

Futbolpress.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin müddəti başa çatan sözləşməsi yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Maldini yeni mövsümə “Montsa”da başlayacaq. O, A Seriyası klubu ilə 1+1 illik müqavilə imzalayıb.

Daniel ötən mövsümü “Montsa”da icarədə keçirib. O, 11 matçda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Futbolçu “Milan”ın əfsanəvi oyunçularından Paolo Maldininin oğludur.