Maktominey üçün razılaşdılar

“Mançester Yunayted”i futbolçusu Skott Maktominey karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, “Napoli” şotlandiyalı yarımmüdafiəçinin keçidi üçün “qırmızı şeytanlar”la razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər 30 milyon avro qarşılığında anlaşıblar.

“Napoli” yaxın zamanda transferi açıqlayacaq.

Skottun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir. O, ötən mövsümdə 43 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.