Maksimdən vida paylaşımı: “Bu klubun əsgəri kimi sizinlə qalıram”

Karyerasını bitirən Maksim Medvedev “Qarabağ”la vidalaşıb.

Futbolpress.az xəbər verir ki, 35 yaşlı müdafiəçi instaqram hesabında bunları yazıb:

“Əziz “Qarabağ” ailəsi, sizinlə futbol meydançasında vidalaşmağın vaxtı gəldi. unudulmaz günlər oldu, birlikdə zirvələrə çatdıq, birlikdə sevindik, məyus olduq, yenə də bir-birimizi sevdik. Bu böyük klubu dəstəklədiyiniz üçün sizə təşəkkür edirəm, gələcəkdə biz daha güclü olacağıq və daha da böyük zirvələrə çatacağıq. Mən sizi sevirəm, siz həmişə ürəyimdəsiniz. Bu klubun əsgəri kimi sizinlə qalıram”.

“Qarabağ”ın yetirməsi olan Maksim 2006-cı ildən “atlılar”ın əsas komandasında çıxış edib. O, 444 oyunda 16 qol vurub, 21 məhsuldar ötürmə edib.