Maklaren milliyə baş məşqçi təyin edildi

“Mançester Yunayted”in məşqçisi Stiv Maklarenini yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, 63 yaşlı mütəxəssis “qırmızı şeytanlar”dan ayrılıb və Yamayka yığmasına baş məşqçi təyin edilib. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

O, bu postda Heymir Hadlqrimssonu əvəzləyib.

Maklaren daha əvvəl “Nyukasl”, “Tvente”, “Nottingem Forest”, “Derbi Kaunti”, “Mançester Yunayted” və İngiltərə yığmasında işləyib.