“Makkabi”nin baş məşqçisi: “Buna inanmırıqsa, İsraildə qalaq”

“Makkabi”nin (Hayfa, İsrail) baş məşqçisi Barak Baxar Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”a məğlub olduqları görüşdən sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Nəticə baxımından vəziyyət yaxşı görünmür. Oyuna yaxşı başlamadıq və hücumda kifayət qədər kəskin ola bilmədik. Sistemimiz düzgün işləmədi, ancaq bundan dərs çıxarmalı və gələn həftə bunu düzəltməliyik.

Bəhanələr çoxdur. Heyətimiz istədiyimiz kimi deyil, kifayət qədər diqqətli ola bilmədik. Amma əminəm ki, cavab oyununda nəticəni düzəldə bilərik. Avropada yolumuza davam etmək niyyətindəyik. Buna inanmırıqsa, İsraildə qalaq”.

Komandalar arasındakı cavab görüşü iyulun 1-də Bakıda olacaq.