Makelele özünə Yunanıstanda iş tapdı

“Real” və “Çelsi”nin sabiq futbolçusu Klod Makelelenin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Yunanıstan təmsilçisi “Astera”a baş məşqçi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı məşqçi ilə 1+1 illik müqavilə imzalanıb.

Makelele məşqçi kimi daha əvvəl “Bastiya” və “Eypen”də çıxış edib. 51 yaşlı mütəxəssis son olaraq “Çelsi”nin akademiyasında işləyib.

“Asteras” Yunanıstan çempionatında 3 turdan sonra 4 xalla 5-ci sıradadır.