“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov vəzifəsindən ayrılıb.
Futbolpress.az xəbər verir ki, funksioner bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, postunda bunları yazıb:
“Bu gün “Neftçi” PFK-nın baş icraçı direktoru vəzifəsində sonuncu günümdür. Klub ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Bu şərəfli, eyni zamanda məsuliyyətli yolun bir parçası olmaqdan qürur duyuram.
Bu müddət ərzində qarşıya qoyulan məqsədlərin hamısını reallaşdıra bilməsək də, əsaslı və perspektivli işlərə imza atdıq. Göz qabağında olmayan bu işlərlə böyük bir dövrün, böyük bir dəyişikliyin təməlini qoyduq.
Hər kəsə – komanda yoldaşlarıma, futbolçulara, həmkarlara, azarkeşlərə təşəkkürümü bildirir, “Neftçi”yə uğurlar, layiq olduğu yerlər və parlaq nailiyyətlər arzu edirəm”.
Mahmudov 2023-cü ilin iyulundan “Neftçi”də çalışırdı.
“Ağ-qaralar” Premyer Liqada 2023/2024 mövsümünü beşinci sırada bitirib.