Mahirli “Nürnberq”in səfər sınağı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniya II Bundesliqasında bu gün növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Paderborn” ilə qarşılaşacaq. Matça saat 21:30-da start veriləcək.

“Nürnberq” 12 turdan sonra 18 xalla 7-ci sıradadır. Aktivində 21 xal olan “Paderborn” isə ikinci pillədə qərarlaşıb.