Almaniyanın “Nürnberq” klubu azərbaycanlı hücumçu Mahir Emrelini transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə II Bundesliqa təmsilçisinin idman direktoru Joti Hatsialeksiu “Bild” nəşrinə açıqlamasında deyib:
“Emreli bizim üçün dərhal əlçatan olmasa da, onunla müqavilə imzalamağa hazırıq”.
Mahir müqavilə ilə Zaqreb “Dinamo”suna məxsusdur. O, 2022-ci ilin fevralından Xorvatiya klubunun formasını geyinir. 27 yaşlı forvard “Dinamo”da ümumilikdə 47 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.