Mahirin qol seriyası pozuldu

Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniya II Bundesliqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Kayzerslautern” ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Mahir bu görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

“Nürnberq” 12 turdan sonra 18 xalla 6-cı sıradadır.