Mahirin komandası çempionluğunu rəsmiləşdirdi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında çempionluğunu rəsmiləşdirib.

Futbolpress.az xəbər verir ki, 34-cü turda “Osiyek”i məğlub edən Zaqreb təmsilçisi 78 xalla liderdir və sona iki tur qalmış qızıl medalları təmin edib.

Mahir Emreli “Osiyek”lə oyunda sona qədər ehtiyatda qalıb.