Mahir qol vurdu, “Nürnberq” darmadağınla qələbə qazandı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniya II Bundesliqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda X turda “Regensburq”u qəbul edib. 11 qolun vurulduğu matçda “Nürnberq” qələbə qazanıb – 8:3.

Start heyətdə meydana çıxan Mahir Emreli 23-cü dəqiqədə komandasının ikinci qolunu vurub. Forvard 69-cu dəqiqədə isə əvəzlənib.

“Nürnberq” 10 turdan sonra 16 xalla 6-cı sıradadır.