Mahir qol vurdu, “Nürnberq” darmadağına sevindi

Azərbaycanlı hücumçu Mahir Emreli “Nürnberq”də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, o, “Qroyter” ilə görüşdə iştirak edib. Mahir komandasının 4:0 hesabıyla qələbə qazandığı görüşdə birinci qolun müəllifi olub.

“Nürnberq” 9 turdan sonra 13 xalla 9-cu sıradadır.