Mahir oynamadı, “Dinamo” çempion oldu

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” Xorvatiya Kubokunun qalibi olub.

Futbolpress.az xəbər verir ki, Zaqreb təmsilçisi həlledici oyunda “Riyeka”nı məğlub edib – 3:1.

Mahir görüşdə iştirak etməyib. O, oyunun heyətinə daxil edilməyib.

“Dinamo” bir müddət əvvəl Xorvatiya çempionatını qazanmışdı. Komanda mövsümü 2 titulla başa vurub.