Mahir məşqə qayıtdı: “Yenidən təklif olsa, danışacağıq”

“Nürnberq”in futbolçusu Mahir Emreli komanda ilə məşqlərə başlayıb.

Futbolpress.az xəbər verir ki, azərbaycanlı hücumçunun Cənubi Koreyanın “Seul” klubuna keçidi gündəmdədir. Lakin tərəflər hələ anlaşa bilməyib.

“Nürnberq”in İdarə Heyətinin üzvü Yoti Çatzilexi “Bild” nəşrinə açıqlamasında Mahirin transfer durumu haqda fikirlərini bölüşüb:

“Mahir yenidən məşqlərə başlayır və daha kənarlaşdırılmayacaq. Onunla bu məsələni müzakirə etmişik. Təzyiq altında deyilik. Cənubi Koreyadan bizimlə əlaqə saxlasalar, danışacağıq. Olmazsa, Mahir bizim üçün oynamağa davam edəcək və qollarını vuracaq”.