Mahir məğlubiyyətin iştirakçısı oldu

Almaniya II Bundesliqasında XXVII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” sonuncu pillədə qərarlaşan “Reqensburq”un qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Mahir 77-ci dəqiqədə Janis Antistin yerinə meydana daxil olub.

Aktivində 41 xalı olan “Nürnberq” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.