Mahir komandadan ayrı məşq etdi

“Nürnberq”dən ayrılacağı açıqlanan Mahir Emreli komandanın son məşqində fərdi çalışıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, Ondrey Karafiat və Stefanos Tzimasla birlikdə kollektivdən ayrı məşq edib.

Mahir bu mövsüm II Bundesliqada 23 oyunda 7 qol vurub.