Mahir Emrelinin son durumu bilindi

Azərbaycanlı hücumçu Mahir Emrelinin “Nürnberq”lə məşqlərə qoşulacağı vaxt məlum olub.

Futbolpress.az xəbər verir ki, o, hazırda reabilitasiya üzrə məşqçi Cerald Stürzenhofeker ilə işləyir. Bu barədə “Bild” nəşri məlumat yayıb. Mahir milli komandaların sentyabrdakı oyunlarından sonra yavaş-yavaş komanda məşqlərinə başlayacaq.

Emreli bu ay “Nürnberq”lə müqavilə imzalayıb.