Azərbaycan millisinin forvardı Mahir Emreli “Dinamo”dan ayrılmaq üzrədir.
Futbolpress.az xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç oyunçunun xidmətində maraqlı deyil. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Emrelinin adı Azərbaycandan “Qarabağ” və “Sabah”la hallanır. Forvardın sabiq klubu “atlılar”a qayıtmağa müsbət yanaşdığı bildirilir. Emrelinin durumu yaxın zamanda dəqiqləşəcək.
27 yaşlı hücumçu 2022-ci ilin fevralından “Dinamo”nun formasını geyinir. Onun klubla sözləşməsi 2026-cı ilin yayına kimidir.
Mahir Zaqreb təmsilçisində ümumilikdə 47 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.