Mahir Emreli “Roma” ilə Nainqqolanla mübahisəsindən danışdı

“Nürnberq”in futbolçusu Mahir Emreli klubun televiziyasında “sual/cavab” proqramının qonağı olub.

Futbolpress.az xəbər verir ki, azərbaycanlı forvard “Qarabağ”da oynayan zaman “Roma”ya qarşı keçirilən matçda (1:2) rəqib yarımmüdafiəçi Raca Nainqqolan ilə mübahisəsindən söz açıb:

“Onunla mübahisəmiz oldu. Həmin vaxt məşqçimiz (red-Qurban Qurbanov) mənə dedi ki, onunla sakit danış. Nainqqolanın qiyməti 60 milyon avrodur, o, bizim komandamızdan bahadır. Çünki oynadığım komandanın (red-“Qarabağ”) qiyməti 20 milyon idi”.