“Nürnberq”in futbolçusu Mahir Emreli sosial şəbəkə hesabında paylaşım edib.
Futbolpress.az xəbər verir ki, II Bundesliqada “Qroyter”lə oyunda (4:0) qol hesabını açan hücumçu instaqramda bunları yazıb:
“Bir bir komanda kimi hərəkət edəndə və vuruşanda bizi məğlub etmək çətindir. Derbidə ilk qolumu vurdum. Qələbə hamımızındır. Azarkeşlərimizə təşəkkür edirəm”.
Mahir bu yay “Nürnberq”lə müqavilə imzalayıb. Onun komandası II Bundesliqada 9 turdan sonra 13 xalla 9-cu sıradadır.