Mahir Emreli: “Nəticə gözlədiyimiz kimi olmadı”

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunda debüt edib.

Futbolpress.az xəbər verir ki, forvard “Herta” ilə matçda (0:2) sonradan meydana daxil olub. Emreli debütü haqda instaqram hesabında bunları yazıb:

“Uzun müddət sonra yaşıl meydanlara qayıtdığım üçün xoşbəxtəm. Təəssüf ki, nəticə gözlədiyimiz kimi olmadı. Çox məyusuq və üzr istəyirik. Diqqətimiz artıq növbəti oyundadır”.