Mahir Emreli: “Medallar qazanmaqdan çox məmnunam”

“Dinamo”nun hücumçusu Mahir Emreli paylaşım edib.

Futbolpress.az xəbər verir ki, Zaqreb təmsilçisinin forvardı instaqram hesabında mövsümün yekunları ilə bağlı bunları yazıb:

“Mövsümə çox uğurlu başlamağıma baxmayaraq, uzunmüddətli zədələrim oldu. Heç vaxt bu qədər çox vaxt kənarda qalmamışdım. Xarakterimi, səbrimi sınamaq və daha güclü qayıtmaq üçün vacib dövrdən keçdim. Komandamla birlikdə olmaqdan və medallar qazanmaqdan çox məmnunam”.

Mahir “Dinamo” ilə bu mövsüm 24 oyunda 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.