“Nürnberq”in baş məşqçisi Miroslav Kloze II Bundesliqada “Qroyter”ə qalib gəldikləri (4:0) oyundan sonra fikirlərini bildirib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşdə birinci qolu vuran azərbaycanlı hücumçu Mahir Emreli haqda danışıb:
“Mahir fantastik oynadı. Biz də belə enerjili futbol istəyirik. Onun münasibəti məni çox sevindirdi. Mahirlə Tsimasın uyğunlaşmasını çox gözlədik. Emreli üçün də bir qədər çətin oldu, amma ona vaxt verdik”.