Almaniyanın “Nürnberq” klubunun futbolçusu Mahir Emreli II Bundesliqada qol hesabını açıb.
Futbolpress.az xəbər verir ki, o, “Qroyter”lə matçda uzaq məsafədən baxımlı qol vurub. Emreli klubun saytına açıqlamasında qolunu şərh deyib:
“Uzaqdan zərbələri sevirəm. Karyeramın ən gözəl qollarından birini vurdum. İndiyə qədər də bir neçə dəfə derbilərdə oynayıb, qollar vurmuşam. Belə matçlar həmişə həyəcanlı və yüksək emosiyalı keçir”.
Futbolçu oyuna hazırlıqdan söz açıb:
“Bütün həftə matça mental və taktiki hazırlaşdıq. Bu gün də yaxşı oyunla qələbə qazandıq və buna layiq idik. İndi bunu qeyd edəcəyik və daha sonra yenidən işlərimizə başlayacağıq”.