Almaniyanın “Nürnberq” klubu futbolçusu Mahir Emreli ilə müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb. Klub oyunçu ilə danışıqlara start verib.
27 yaşlı hücumçu bu mövsüm “Nürnberq”lə II Bundesliqada 19 oyunda 4 qol vurub. Onun müqaviləsi yaya kimidir.