Mahir Emreli: “Əlimdən gələni edəcəyəm”

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubu ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, forvard II Bundesliqa təmsilçisinə keçidi haqda bunları deyib:

“Düşündüm və Almaniyaya köçməyə qərar verdim. Bir neçə gün ərzində bölgə ilə tanış oldum və təəssüratlarım yaxşıdır. Tezliklə meydana çıxmaq üçün əlimdən gələni edəcəyəm”.

Mahir Emrelinin son “Dinamo” olub. 27 yaşlı forvard Xorvatiya klubunda meydana çıxdığı 47 oyunda 10 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.