Mahir Emreli: “Daha güclü qayıdacağıq”

“Nürnberq”in hücumçusu Mahir Emreli II Bundesliqada “Paderborn”la oyundan (2:3) sonra paylaşım edib.

Futbolpress.az xəbər verir ki, matçda iki qol vuran futbolçu instaqram hesabında bunları yazıb:

“Bu, gözlədiyimiz nəticə deyil. Buna baxmayaraq mübarizə apardığımız üçün qürur duyuruq. Komanda ilə fəxr edirik. Biz daha güclü qayıdacağıq. Dəstəyiniz üçün minnətdarıq”.

Mahir “Nürnberq”lə son iki oyunda üç qol vurub.