Mahir debüt oyununda “fərqləndi”

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Nürnberq”də debüt edib.

Futbolpress.az xəbər verir ki, o, II Bundesliqanın VI turunda “Herta” ilə oyunda meydana çıxıb. Birinci hissədə Qollerin zədələnməsindən sonra onu əvəzləyən forvard sona qədər oynayıb.

Görüş “Nürnberq”in məğlubiyyəti ilə başa çatıb – 0:2. Mahir 90+5-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

“Nürnberq” 6 turdan sonra 7 xalla 18 komanda arasında 11-cidir. “Herrta” isə 10 xalla 7-ci pillədə qərarlaşıb.