Mahir darmadağının iştirakçısı oldu

Almaniya II Bundesliqasında XXVI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” evdə “Qröyter Fürt”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə sona çatıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Mahir 81-ci dəqiqədə Stefanos Tzimasın yerinə meydana daxil olub. 27 yaşlı forvard bu oyunda qol və ya assist etməyib.

Aktivində 41 xalı olan “Nürnberq” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.