Madrid “Real”ının qolkiperi Tibo Kurtua üç həftəlik zədədən sonra məşqlərə qayıdıb.
Futbolpress.az xəbər verir ki, “kral klubu” noyabrın 24-də keçiriləcək “Leqanes” ilə matçın start heyətində Kurtuanın iştirak edəcəyinə ümid edir. Kurtua yaranmış milli fasilə zamanı Belçika yığmasının heyətində üçün oynamaq üçün səyahət edə bilərdi. Lakin o, Madriddə qalmağı və zədəsini lazımi şəkildə bərpa etməyi üstün tutdu. Bununla belə, onun Belçika yığmasının baş məşqçisi Dominik Tedesko ilə münasibətləri gərgin olaraq qalır. Kurtua zədə ilə mübarizə apararkən “Real” iki böyük oyunda məğlub oldu.