Madridliləri sevindirdi

“Real”ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasında “Arsenal” ilə oyun öncəsi keçirdiyi mətbuat konfransında vəziyyəti ilə bağlı danışıb.

Futbolpress.az xəbər verir ki, belçikalı qolkiper oyuna tam hazır olacağını bildirib:

“Mən 100% hazıram. Kiçik bir problemim var idi, amma bir neçə məşq etdim. Bu kiçik idi və böyük matçlar öncəsi risk etmək istəmədiyim üçün oynamadım”.

Qeyd edək ki, “Arsenal” – “Real” matçı aprelin 8-i saat 23:00-da start götürəcək.