Madrid klubu Dovbik üçün danışıqlara başladı

“Jirona”nın ukraynalı forvardı Artyom Dovbik “Atletiko”ya keçə bilər.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi Dovbik üçün hərəkətə keçib. Bu barədə “Relevo” nəşri məlumat yayıb.

“Atletiko” rəsmi təklif göndərsə də, qarşı tərəfdən hələlik rəsmi cavab yoxdur.

Ukraynalı futbolçunun müqaviləsi 2028-ci ilə qədərdir.

Dovbik bu mövsüm 36 oyuna 24 qolla La Liqada bombardir olub.