Macarıstanlı referinin 3-cü Bakı səfəri

Azərbaycan millisinin UEFA Millətlər Liqasında İsveçə qarşı keçirəcəyi I tur oyununu Macarıstandan olan hakim Balaş Berke idarə edəcək.

Futbolpress.az xəbər verir ki, referi birinci dəfə əsas yığmanın oyununa təyinat alıb.

Balaş bundan əvvəl 2017-ci ildə Azərbaycanın U-21 yığmasının Bakıda İrlandiyaya qarşı Avropa çempionatı seçmə mərhələsi oyununda dördüncü hakim olub. Milli həmin görüşdə 1:3 hesabıyla uduzub.

Macarıstanlı referi daha sonra ötən ilin sentyabrında “Neftçi”nin Konfrans Liqasında Bakıda “Jelezniçar”la görüşündə baş hakim olub. Matç “ağ-qaralar”ın qələbəsiylə başa çatıb – 2:0.

Azərbaycan – İsveç görüşü üçün Berke 3-cü dəfə Bakıya səfər edəcək. Sentyabrın 5-də keçiriləcək görüşə saat 20:00-da start veriləcək.

Kamil Əhməd