Macar futbolçu üçün 120 milyon avroluq təklif

“Əl-Hilal” “Liverpul”un yarımmüdafiəçisi Dominik Szoboszlayi ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, Səudiyyə klubu 24 yaşlı futbolçunun transferi üçün 120 milyon avro təklif etməyə hazırdır.

“Liverpul” rəhbərliyi futbolçunu komandada saxlamaqda maraqlıdır, lakin mersisaydlılar Səudiyyə Ərəbistanından gələn böyük təklifi də nəzərdən qaçıra bilməyəcək.