“Məsuliyyət məndədir” – Spaletti

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Avro-2024-lə vidalaşmalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1/8 finalda İsveçrəyə uduzduqları (0:2) görüşdən sonra bunları deyib:

“Nəticəyə görə üzr istəyirəm. Bütün məsuliyyət məndədir. Çünki heyəti mən qurdum. Bundan artığını edə bilməzdik.

Gələcəyimlə bağlı federasiya prezidenti Qabriel Qravina ilə danışacam. O, hər zaman mənə xoş davranıb. Danışıb, nəticəyə varacağıq”.