41 yaşlı qolkiper Pepe Reyna “Vilyarreal”dan ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qapıçının müddəti başa çatan müqaviləsi uzadılmayıb.
Reyna 2022-ci ildən İspaniya klubunda çıxış edirdi. O, son mövsümdə La Liqada 2 oyuna çıxıb.