Məşhur qadın futbolçu karyerasını bitirdi

Qadın futbolçulardan ibarət ABŞ yığmasının futbolçusu Aleks Morqan karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə oyunçu özü açıqlama verib. 35 yaşlı hücumçu son olaraq ölkəsində “San Dieqo Veyv” klubunda forma geyinib.

Morqan karyerası ərzində “Tottenhem”, “Lion” kimi klublarda forma geyinib. O, 383 oyunda 181 qol vurub.