Məşhur hücumçu “Atletiko”dan ayrıldı

Niderlandlı hücumçu Memfis Depay “Atletiko”dan ayrılıb.

Futbolpress.az xəbər verir ki, 30 yaşlı forvard klubla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Bu barədə Depay özü açıqlamasında bildirib.

Niderlandlı hücumçu azad agent olub və yeni klubunu Avro-2024-dən sonra seçəcək.

30 yaşlı futbolçu son mövsümdə La Liqada 23 oyunda 5 qol vurub.