Məşhur futbolçu “Real”ı təriflədi, “Barselona”nı tənqid etdi

“Barselona”nın sabiq yarımmüdafiəçisi Rivaldo Kataloniya klubunun 2023/2024 mövsümündəki çıxışından danışıb.

Futbolpress.az xəbər verir ki, o, Xavinin komandada saxlanılması qərarının düzgün olduğunu deyib:

“Barselona” bu mövsüm heç də yaxşı oyun sərgiləmədi. Fikrimcə, Xavini saxlamaq doğru qərar idi. Komanda bir neçə futbolçunu satmalıdır. “Real” isə olduqca yaxşı mövsüm keçirir. Onlar demək olar ki, La Liqanın çempionudur, Çempionlar Liqasında isə final oynayırlar”.

33 turdan sonra “Real” La Liqaya başçılıq edir (84 xal). Kataloniya klubu isə 73 xalla ikincidir. Onlar Çempionlar Liqasının 1/4 finalında PSJ-yə məğlub olaraq mübarizəni dayandırmışdı. “Real” isə yarımfinala yüksəlmiş və burada ilk matçda “Bavariya”ya 1:0 hesabı ilə qalib gəlmişdi.