Məşhur futbolçu La Liqa klubu ilə danışıqlar aparır

Dortmund “Borussiya”sından ayrılan Mats Hummels karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, alman müdafiəçi La Liqa təmsilçisi “Malyorka” ilə danışıqlar aparır. Bu barədə “Sky Sport” məlumat yayıb. 35 yaşlı futbolçunun klubla görüşmələri davam edir və müsbət irəliləmədədir.

Hummelslə İngiltərənin “Brayton” klubu da maraqlanır. O, yaxın günlərdə qərarını verəcək.

Alman futbolçu karyerası ərzində “Bavariya” və “Borussiya”da çıxış edib. O, Bundesliqada ümumilikdə 442 oyunda 33 qol vurub, 22 məhsuldar ötürmə edib.